Azərreyl Almaniya klubuna məğlub olsa da, mərhələ adladı (YENİLƏNİB)
12 dekabr 2012 00:05

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə altıncı oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsindəki son matçını səfərdə Almaniyə klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Dresdner” idi. Komandamız doğma meydanda məğlub etdiyi bu rəqibinə səfərdə də qalib gəlməyə çalışıb. Amma təəssüf ki, voleybolçularımız bunu bacarmayıblar. Buna baxmayaraq, "Azərreyl" mərhələ adlamağı bacarıb.
Xatırladaq ki, “Azərreyl” ilk oyununu evdə məhz “Dresdner”ə (Almaniya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:1. “Eczaçıbaşı” (Türkiyə) ilə səfərdəki qarşılaşma 0:3, Bakıdakı görüş 1:3 hesablı yenilgi ilə bitmişdi. “Tauron” (Polşa) ilə ilk qarşılaşmada 3:1 qalib gələn təmsilçimiz bu rəqibinə də səfərdə 2:3 uduzmuşdu.
Bu tur D qrupunda daha bir oyun keçiriləcək. “Eczaçıbaşı” "Tauron"u qəbul edəcək.
Çempionlar Liqası
D qrupu
11 dekabr
DRESDNER – AZƏRREYL - 3:1 (26:24, 25:23, 15:25, 25:22)
Qrupdakı son durum: Eczaçıbaşı - 14, Azərreyl - 7, Tauron – 6, Dresdner, 6.