Çempionlar Liqasında bütün pley-offçular bəlli oldu
12 dekabr 2012 00:38

Voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, onların arasında Azərbaycanın üç təmsilçisi də yer alır.
Bunlar son ölkə çempionu “Rabitə”, “Azərreyl”, eləcə də “Lokomotiv”di. Azərbaycan təmsilçiləri ilə yanaşı növbəti mərhələyə “Vakıfbank”, “Eczaçıbaşı” və “Galatasaray” (Türkiyə), “Villa Cortese”, “Busto Arsicio” (İtaliya), “Dinamo” (Moskva), “Dinamo” (Kazan, Rusiya), “Kann” (Fransa) və “Şveriner” (Almaniya) də vəsiqə qazanıb.