Fotoreportaj|Video|На русском

Voleybol

İlham Əliyev yeni voleybol meydançasının açılışında iştirak etdi

22 dekabr 2012 00:07
Dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Voleybol Federasiyasının "Azəryol" voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və "Azəryol" otelinin açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış oldu.
 
Nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycan Voleybol Federasiyasının yerləşdiyi bu kompleks qadınlardan ibarət "Azəryol" və "Azərreyl" voleybol klublarının mərkəzi bazası kimi fəaliyyət göstərəcəkdir.
 
Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılmışdır.
 
Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılmışdır. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri hesab edilmişdir. Kompleksin tikintisində azərbaycanlı və xarici mütəxəssislər birgə çalışmışlar. Üçmərtəbəli binada işçi qrupları, məşqçilər və menecerlərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Buradakı konfrans zalı müasir avadanlıqla təchiz edilmişdir.
 
Yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan otaqlarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada oyunları izləmək üçün bütün imkanlar vardır. Binadakı 100 nəfərlik yeməkxananın xidmətindən həm idmançılar, həm də qonaqlar istifadə edəcəklər. Bundan əlavə, burada ən müasir avadanlığın quraşdırıldığı məşq zalı və tibbi yardım otağı vardır.
 
Dövlətimizin başçısı "Azəryol" klubunun yeni voleybol meydançasında yaradılan şəraitlə də tanış oldu.
 Məlumat verildi ki, meydança Avropa Voleybol Konfederasiyasının və Beynəlxalq Voleybol Federasiyasının standartlarına tam uyğundur. "Azərreyl" və "Azəryol" klublarının təlim-məşq toplanışlarının da keçiriləcəyi bu idman qurğusunun daha bir xüsusiyyəti onun fəza konstruksiyasına malik olmasıdır. İki min tamaşaçı yerlik meydançada müasir tablo quraşdırılmışdır. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunmuşdur. Oyunların gedişini zalda quraşdırılan led monitorlar vasitəsilə də izləmək mümkündür.
 
Azərbaycan Prezidenti İlham Əliyev burada voleybolçularla görüşdü.
 
İdmançıları təbrik edən Prezident İlham Əliyev dedi:
 
"Mən çox şadam ki, bizim yerli - Azərbaycan voleybolçuları da yetişir və milli komandamızda təmsil olunurlar. Milli komandamız da, klublarımız da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Deyə bilərəm ki, bizim daxili çempionatımız Avropada bəlkə ən güclü çempionatlardan biridir. Bir neçə komandamız yüksək zirvələrə çatmışdır və ən önəmlisi, milli yığmamız da çox gözəl oyun nümayiş etdirir. Əminəm ki, Avropa çempionatında da yığma komandamız yaxşı nəticə göstərəcəkdir.
 Bildiyiniz kimi, 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunları keçiriləcəkdir. Voleybol idman növü də o oyunların siyahısına daxil edilib. Biz voleybolçularımızdan yeni qələbələr gözləyirik. Şübhəsiz ki, 2016-cı ilin Yay Olimpiya Oyunlarına da ciddi hazırlıq gedir. İndi belə gözəl şərait yaradılıbdır və əminəm ki, nəticələr daha da yaxşı olacaqdır.
 Sizi, federasiyanı, bütün voleybol ictimaiyyətini gözəl nəticələr münasibətilə təbrik etmək istəyirəm. Oyun idman növləri arasında voleybol bizdə ön plandadır, birinci yerdədir. Hesab edirəm ki, digər oyun növlərinin də bu səviyyəyə çatması üçün fəal iş görülməlidir. Sizi bir daha təbrik edirəm".
 
Dövlətimizin başçısına Azərbaycan Voleybol Federasiyasının rəmzi topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edildi.
 
İdmançılar Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər. Sonra Prezident İlham Əliyev "Azəryol" otelində yaradılan şəraitlə tanış oldu.
 
Bildirildi ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla 36 nömrə, restoran və kafeteriyalar vardır. Oteldə təlim-məşq toplanışlarına gələn idmançıların, qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Yüksək standartlara uyğun inşa olunmuş otelin binası kompleksin memarlıq quruluşuna da xüsusi yaraşıq verir.
 
Diqqətə çatdırıldı ki, "Azərreyl" Azərbaycan voleybolunun flaqmanı hesab olunur. 2000-ci ildə yaradılan klub 2002-ci ildə Avropa "Top Komandalar" kubokunu əldə etmişdir. 2004-cü ildə Çempionlar Liqasının "Dördlər finalı"na yüksələn "Azərreyl" 2010-cu ildə "Çağırış Kuboku"nu qazanmışdır. Komanda hazırda Çempionlar Liqasında çıxış edir. 2011-ci ildə yaranan "Azəryol" klubu isə beynəlxalq yarışlarda çıxışlarına yeni başlamışdır.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah