Voleybol Federasiyası oyun qaydalarında dəyişiklik etdi
29 dekabr 2012 00:26

Beynəlxalq Voleybol Federasiyası oyun qaydalarında dəyişiklik edib. Azerisport.az xəbər verir ki, yeniliklər 2013-cü ildən tətbiq olunacaq.
Yeni qaydalara əsasən top qəbulu zamanı yuxarıdan topu götürmək qadağan edilir. Bunun əvəzində sarı vərəqə ilə cəzalandırılan komandanın rəqibinə 1 xal verilməsi ləğv olunub. Lakin qırmızı vərəqə alarkən digər kluba 1 xal verilməsi qüvvədə saxlanılıb.
Həmçinin hakim bir əldə sarı və qırmızı vərəqə göstərərkən voleybolçu seti, iki əldə göstərərkən oyunu tərk etmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, oyun qaydalarının dəyişikliyi çimərlik voleyboluna da şamil edilib.