Azərbaycan klubunun baş məşqçisi Polşa millisindən təklif alıb
29 dekabr 2012 15:22
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubunun baş məşqçisi Alessandro Kiappini Polşa millisindən təklif alıb. Azerisport.az xəbər verir ki, Polşa Voleybol Federasiyası onunla bərabər “Galatasaray”ın (Türkiyə) baş məşqçisi Massimo Barbolininin də namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, A.Kiappini “Azərreyl”dən əvvəl Polşanın “Atom” klubunda çalışmışdı.