Rabitə, Azərreyl və İqtisadçı yenə qələbə qazandı
9 yanvar 2013 00:03

Voleybol üzrə Azərbaycan Super Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Rabitə” ilə “Bakı-Azəryol” çıxıb. Qarşılaşma ölkə çempionunun bir qədər çətin qələbəsi ilə başa çatıb.
“Telekom” “İqtisadçı” ilə münasibətlərinə aydınlıq gətirib. “İqtisadçılar” bu görüşdən qalib ayrılıblar.
Nəhayət, turun qapanış matçında “Lokomotiv-Biləcəri” və “Azərreyl” qarşılaşıb. “Azərreyl” də turu asan qələbə ilə başa vurub.
Azərbaycan Super Liqası
10-cu tur
8 yanvar
Rabitə – Bakı-Azəryol - 3:1 (27:29, 25:13, 25:22, 26:24)
Telekom – İqtisadçı - 0:3 (15:25, 17:25, 19:25)
Lokomotiv-Biləcəri – Azərreyl - 0:3 (15:25, 11:25, 13:25)
Turnir cədvəlindəki son durum:
İqtisadçı - 21 xal (8 matç, Set fərqi 22-5)
Rabitə - 21 (8, 22-8)
Azərreyl - 18 (6, 19-5)
Lokomotiv - 9 (7, 13-13)
Bakı-Azəryol - 9 (8, 12-16)
Telekom - 3 (8, 3-21)
Lokomotiv-Biləcəri - 0 (8, 1-24)