Azərbaycan derbisini Azərreyl qazandı (YENİLƏNİB)
16 yanvar 2013 20:10

Bu gün voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan “Azərreyl” və “Lokomotiv” də növbəti matçlarına çıxıblar.
Qeyd edək ki, püşk təmsilçilərimizi bir-biri ilə üz-üzə qoyub. Belə ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüşdə “Azərreyl” “Lokomotiv”i “qəbul edib”. Qarşılaşma "Azərreyl"in üstünlüyü şəraitində keçib. Nəticədə, bu komanda hər üç setdə qələbə qazanmaqla, cavab görüşü öncəsi üstünlük qazanıb.
Onu da bildirək ki, qitənin ən nüfuzlu klub turnirində ilk dəfədi Azərbaycan klubları bir-biri ilə üz-üzə gəlir.
Çempionlar Liqası
Pley-off mərhələsi (ilk oyun)
16 yanvar
AZƏRREYL – LOKOMOTİV - 3:0 (25:20, 25:21, 25:22)