Azərbaycan çempionu Fransadan qələbə ilə qayıdır (YENİLƏNİB)
17 yanvar 2013 01:25

Bu gün voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan “Rabitə” də növbəti matçına çıxıb.
Qeyd edək ki, təmsilçimizin bu mərhələdəki rəqibi Fransanın “Kann” klubu idi. Azərbaycan çempionu bu komanda ilə ilk görüşünü səfərdə keçirib. Lakin buna baxmayaraq, “rabitəçilər” çətin səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarıb. Hansı ki, bu, cavab matçı öncəsi çox vacib idi.
Çempionlar Liqası
Pley-off mərhələsi (ilk oyun)
16 yanvar
KANN – RABİTƏ - 1:3 (17:25, 25:15, 19:25, 19:25)