ÇL-də Azərbaycan derbisi Azərreylin zəfəri ilə başa çatdı (YENİLƏNİB)
23 yanvar 2013 19:50

Bu gün voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan “Azərreyl” və “Lokomotiv” də növbəti matçlarına çıxıblar.
Məlum olduğu kimi, püşk iki təmsilçimizi bu mərhələdə bir-biri ilə üz-üzə qoymuşdu. Belə ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüşdə “Lokomotiv” “Azərreyl”i “qəbul edib”.
Qeyd edək ki, ilk qarşılaşma "Azərreyl"in üstünlüyü şəraitində keçmişdi və nəticədə, bu komanda hər üç setdə qələbə qazanmaqla (3:0), cavab görüşü öncəsi üstünlük qazanmışdı. Cavab oyununda da oxşar nəticə qeydə alınıb. Beləcə, "Azərreyl" 1/8 finala vəsiqəni rəsmiləşdirib.
Onu da bildirək ki, qitənin ən nüfuzlu klub turnirində ilk dəfədi Azərbaycan klubları bir-biri ilə üz-üzə gəlirdi.
Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunu)
23 yanvar
LOKOMOTİV – AZƏRREYL - 0:3 (20:25, 18:25, 22:25)