Rabitə də 1/4 finala çıxdı (YENİLƏNİB)
24 yanvar 2013 18:30

Bu gün voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublardan “Rabitə” də növbəti matçına çıxıb.
Qeyd edək ki, təmsilçimizin bu mərhələdəki rəqibi Fransanın “Kann” klubu idi. Azərbaycan çempionu bu komanda ilə ilk görüşünü səfərdə keçirmişdi. Lakin buna baxmayaraq, “rabitəçilər” çətin səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarmışdılar – 3:1. Növbəti mərhələyə adlamaq üçün bu uğuru doğma divarlar arasında da təkrarlamaq lazım idi. Gölzənildiyi kimi, Azərbaycan təmsilçisi rəqibinə heç bir şans verməyib və qələbə qazanaraq, 1/8 finala çıxıb.
Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunu)
24 yanvar
RABİTƏ - KANN - 3:0 (25:19, 25:18, 25:17)