Azərbaycan klublarının ÇL-dəki növbəti rəqibləri bəlli oldu
25 yanvar 2013 02:35

Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” və “Azərreyl” klublarının Çempionlar Liqasındakı növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçilərimiz dördlər finalına çıxmaq üçün İtaliya və Rusiya klubları ilə mübarizə aparmalıdılar.
Belə ki, “Azərreyl”i İtaliyanın “Yamamay” klubu ilə duel gözləyir. Bu komanda Almaniyanın “Dinamo” (Drezden) klubunu mübarizədən kənarlaşdırıb (3:1, 3:0). Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun fevralın 5-7-də İtaliyada, cavab görüşü isə 12-14 fevral tarixlərində Bakıda keçiriləcək.
Son Azərbaycan çempionu “Rabitə”ni isə Kazan “Dinamo”su ilə qarşılaşmalar gözləyir. Qeyd edək ki, “Dinamo” bundan əvvəlki mərhələdə digər Rusiya klubu olan adaşını – Moskva “Dinamo”sunu məğlub edərək, “Rabitə” ilə qarşılaşmaq hüququ qazanıb.