Rabitə Azərreylə qalib gəldi, liderə şərik oldu
28 yanvar 2013 23:40

Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Telekom” və “Lokomotiv-Biləcəri” çıxıb. Qarşılaşma birincilərin asan qələbəsi ilə başa çatıb.
Turun mərkəzi oyununda son çempion “Rabitə” əsas rəqiblərindən olan “Azərreyl” ilə münasibətlərinə aydınlıq gətirib. “Rabitəçilər” bu görüşdən qalib ayrılıblar.
Nəhayət, turun qapanış matçında lider “İqtisadçı” ilə “Lokomotiv” qarşılaşıb. “İqtisadçılar” bu turu da qələbə ilə başa vurublar.
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında 12-ci turun oyunları keçirilib.
28 yanvar
Telekom – Lokomotiv-Biləcəri - 3:0 (25:19, 25:19, 25:12)
Rabitə – Azərreyl - 3:0 (25:20, 25:22, 25:22)
Lokomotiv – İqtisadçı - 2:3 (25:21, 25:18, 19:25, 19:25, 11:15)
Turnir cədvəli
İqtisadçı - 25 xal (10 matç, set fərqi 28-9)
Rabitə - 25 (10, 27-11)
Azərreyl - 21 (8, 22-8)
Lokomotiv - 13 (9, 18-17)
Bakı-Azəryol - 9 (9, 13-19)
Telekom - 6 (10, 6-24)
Lokomotiv-Biləcəri - 0 (9, 1-27)