Azərreyl İtaliya klubuna tay-brekdə uduzdu
6 fevral 2013 01:45

Voleybolçu qadınlar arasında Çempionlar Liqası yarışlarının 1/3 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Bakının “Azərreyl” komandası Çempionlar İtaliyanın “Yamamay” kollektivi ilə qarşılaşıb.
Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə başa çatıb. Halbuki, görüşü taybrekə qədər daşıyan Azərbaycan klubu hesabda önə də çıxmışdı və qələbə də qazana bilərdi. Amma tay-brekdə qələbə məhz italyanlara qismət olub.
Qeyd edək ki, Çempionlar Liqası yarışlarında mübarizə aparan digər komandamız - “Rabitə” fevralın 7-də Kazanda “Dinamo” kollektivi ilə oynayacaq.
Bu mərhələnin digər cütü isə Türkiyənin “Vakıfbank” və “Əczaçıbaşı” komandalarıdır.
Yamamay – Azərreyl - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)