Azərbaycan çempionu Kazandan qələbə ilə qayıdır (YENİLƏNİB)
8 fevral 2013 00:01

Voleybolçu qadınlardan ibarət klublar arasında təşkil olunan Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” bu mərhələdə Rusiyanın “Dinamo” (Kazan) klubu ilə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz ilk oyununu səfərdə keçirirdi. Ona görə də “rabitəçilər” cavab görüşü ərəfəsində çətin səfərdən mütləq sərfəli nəticə ilə qayıtmağa çalışmalıydı. Təmsilçimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib.
Çempionlar Liqası
7 fevral
Dinamo (Kazan) – Rabitə - 1:3 (19:25, 25:23, 20:25, 21:25)