Rabitə Dördlər finalında! (YENİLƏNİB)
14 fevral 2013 18:55

Voleybolçu qadınlardan ibarət klublar arasında təşkil olunan Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” bu mərhələdə Rusiyanın “Dinamo” (Kazan) klubu ilə qarşılaşıb.
Qeyd edək ki, təmsilçimiz ilk oyununu səfərdə keçirmişdi. Buna baxmayaraq, “rabitəçilər” cavab görüşü ərəfəsində çətin səfərdən sərfəli nəticə - qələbə ilə qayıtmağa bacarmışdı – 3:1. İndi Azərbaycan çempionu bu uğurunu doğma meydanda da təkrarlamaqla, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilərdi.
Gözlənildiyi kimi, "Rabitə" doğma meydanda da rəqibinə şans verməyib. İnamlı qələbə komandamızı Dördlər finalına çıxarıb.
Çempionlar Liqası
14 fevral
Rabitə - Dinamo (Kazan) - 3:1 (25:18, 25:14, 19:25, 25:19)