Dördlər finalının bütün iştirakçıları müəyyənləşdi
15 fevral 2013 00:06

Voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqasında Dördlər finalının bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin ən güclü 4 klubu arasında Azərbaycan təmsilçisi də var.
Bu, son ölkə çempionu “Rabitə”di. Komandamızla yanaşı finala çıxmaq uğrunda İtaliyanın “Yamamay”, eləcə də Türkiyənin “Vakıfbank” və “Galatasaray” klubları da var. Dördlər finalında Türkiyə klubları bir-biri ilə üz-üzə gələcəyi halda, “Rabitə” də “Azərreyl”i mübarizədən kənarlaşdırmış “Yamamay”la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dördlər finalı martın 9-10-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.