Rabitənin Dördlər finalında ilk matçının vaxtı açıqlandı
15 fevral 2013 16:54

Voleybolçu qadınlardan ibarət Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasının Dördlər Finalında keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız finala çıxmaq üçün İtaliyanın “Yamamay” klubu ilə qarşılaşacaq.
Türkiyənin İstanbul şəhərində keçiriləcək görüş martın 9-da baş tutacaq. “Burhan Felek” kompleksində keçiriləcək “Rabitə” – “Yamamay” duelinə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.