Son çempion xal fərqini daha da artırdı
19 fevral 2013 00:46

Voleybol üzrə Azərbaycan Super Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv”lə “Lokomotiv-Biləcəri” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, birincilərin asan qələbəsi ilə başa çatıb.
“Bakı-Azəryol” “Azərreyl” ilə münasibətlərinə aydınlıq gətirib. “Azərreyl” bu görüşdən qalib ayrılıb.
Nəhayət, turun qapanış matçında son çempion “Rabitə” “Telekom”la qarşılaşıb. “Rabitəçilər” bu turu da qələbə ilə başa vurublar. Nəticədə, bu komanda izləyiciləri ilə xal fərqini artırıb.
Voleybol üzrə Azərbaycan çempionatı
14-cü tur
18 fevral
Lokomotiv - Lokomotiv-Biləcəri - 3:0 (25:16, 25:16, 25:15)
Bakı-Azəryol - Azərreyl - 0:3 (16:25, 27:29, 23:25)
Rabitə – Telekom - 3:0 (25:16, 25:14, 25:12)
Turnir cədvəli:
Rabitə - 31 xal (12 matç, set fərqi 33-11)
İqtisadçı - 26 (11, 30-12)
Azərreyl - 24 (9, 25-8)
Lokomotiv - 19 (11, 24-17)
Bakı-Azəryol - 12 (11, 16-24)
Telekom - 6 (12, 6-30)
Lokomotiv-Biləcəri - 0 (11, 1-33)