Rabitənin oyununa 44 manata bilet
20 fevral 2013 19:45

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının İstanbulda keçiriləcək “Dördlər finalı”nın biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə”nin də mübarizə aparacağı həlledici mərhələyə canlı baxmaq istəyənlər ən azı 20 Türkiyə lirəsindən (8 manat 80 qəpik) keçməli olacaqlar.
Burhan Fələk Voleybol Salonunda keçiriləcək “Dördlər finalı”nda ən bahalı bilet isə 100 lirədi (44 manat).
Yarışın ev sahibliyini “Qalatasaray” yarımfinalda “Vakıfbank”la (Türkiyə), “Rabitə” isə “Yamamay”la (İtaliya) oynayacaq.