İqtisadçı Azərreyli məğlub edib, ikinci pilləyə yüksəldi
23 fevral 2013 00:02

Voleybol üzrə Azərbaycan Super Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv”lə “Telekom” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, birincilərin asan qələbəsi ilə başa çatıb.
“Bakı-Azəryol” “Lokomotiv-Biləcəri” ilə münasibətlərinə aydınlıq gətirib. “Bakı-Azəryol” bu görüşdən qalib ayrılıb.
Nəhayət, turun qapanış və mərkəzi matçında son çempion “İqtisadçı” “Azərreyl” ilə qarşılaşıb. “İqtisadçılar” bu görüşdə qazanılan sürpriz qələbə sayəsində ikinci pilləyə yüksəliblər.
Voleybol üzrə Azərbaycan çempionatı
15-ci tur
22 fevral
Lokomotiv – Telekom - 3:0 (25:22, 25:20, 25:22)
Bakı-Azəryol – Lokomotiv-Biləcəri - 3:1 (22:25, 25:14, 25:15, 25:19)
İqtisadçı – Azərreyl - 3:1 (25:23, 22:25, 25:20, 25:15)
Turnir cədvəli
Rabitə - 31 xal (12 mat, set fərqi 33-11)
İqtisadçı - 29 (12, 33-13)
Azərreyl - 24 (10, 26-11)
Lokomotiv - 22 (12, 27-17)
Bakı-Azəryol - 15 (12, 19-25)
Telekom - 6 (13, 6-33)
Lokomotiv-Biləcəri - 0 (12, 2-36)