Çempion növbəti qələbə sayəsində liderliyini daha da möhkəmləndirdi
26 fevral 2013 00:44

Voleybol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv-Biləcəri” ilə “İqtisadçı” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, “iqtisadçılar”ın asan qələbəsi ilə başa çatıb.
“Bakı-Azəryol” “Telekom” ilə münasibətlərinə aydınlıq gətirib. “Bakı-Azəryol” bu görüşdən qalib ayrılıb.
Nəhayət, turun qapanış və mərkəzi matçında son çempion “Rabitə” “Lokomotiv” ilə qarşılaşıb. “Rabitəçilər” bu görüşdə qazanılan növbəti qələbə sayəsində liderliyini daha da möhkəmləndirib.
Voleybol üzrə Azərbaycan çempionatı
16-cı tur
25 fevral
İqtisadçı – Lokomotiv-Biləcəri - 3:0 (25:17, 25:11, 25:18)
Telekom – Bakı-Azəryol - 0:3 (18:25, 21:25, 11:25)
Rabitə – Lokomotiv - 3:1 (25:20, 21:25, 25:14, 31:29)
Turnir cədvəli:
Rabitə - 34 очка (13 matç, set fərqi 36-14)
İqtisadçı - 32 (13, 36-13)
Azərreyl - 24 (11, 26-11)
Lokomotiv - 22 (13, 28-20)
Bakı-Azəryol - 20 (14, 25-25)
Telekom - 6 (14, 6-36)
Lokomotiv-Biləcəri - 0 (14, 2-42)