Rabitə və Azərreyl qələbə qazandı
1 mart 2013 00:02

Voleybol üzrə Azərbaycan Super Liqasında 8-ci turdan təxirə salınmış və 17-ci turdan önə çəkilmiş oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, hər iki oyunda iddialılar qələbəyə sevinən tərəf olublar.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə 8-ci turdan təxirə salınmış oyunda “Azərreyl” və “İqtisadçı” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, “Azərreyl”in asan qələbəsi ilə başa çatıb. Amma “İqtisadçı” məğlubiyyətə rəğmən, ikinci pillədəki yerini qoruyub.
Günün digər matçında isə son çempion və lider “Rabitə” “Bakı-Azəryol” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də “rabitəçilər” qələbəyə sevinən tərəf olub.
Voleybol üzrə Azərbaycan çempionatı
8 və 17-ci turun oyunları
25 fevral
Azərreyl – İqtisadçı - 3:0 (25:21, 25:23, 25:20)
Bakı-Azəryol – Rabitə - 1:3 (17:25, 23:25, 25:23, 12:25)
Turnir cədvəli:
Rabitə - 37 xal (14 matç, set fərqi 9-13)
İqtisadçı - 32 (14, 36-16)
Azərreyl - 27 (12, 29-11)
Lokomotiv - 22 (13, 28-20)
Bakı-Azəryol - 20 (15, 26-28)
Telekom - 6 (14, 6-36)
Lokomotiv-Biləcəri - 0 (14, 2-42)