Azərreyl və İqtisadçıdan qələbə
3 mart 2013 21:00

Voleybol üzrə Azərbaycan Super Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turun bir oyunu bir neçə gün öncə baş tutduğundan, bu dəfə iki görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Azərreyl” və “Lokomotiv-Biləcəri” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, “Azərreyl”in asan qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə “İqtisadçı” “Telekom” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də “iqtisadçılar” qələbəyə sevinən tərəf olub.
Voleybol üzrə Azərbaycan çempionatı
17-ci tur
3 mart
Azərreyl – Lokomotiv-Biləcəri - 3:0 (25:23, 25:21, 25:22)
İqtisadçı – Telekom - 3:0 (25:19, 25:15, 25:19)
Turnir cədvəli:
Rabitə - 37 xal (14 matç, set fərqi 39-13)
İqtisadçı - 35 (15, 39-16)
Azərreyl - 30 (13, 32-11)
Lokomotiv - 22 (13, 28-20)
Bakı-Azəryol - 20 (15, 26-28)
Telekom - 6 (15, 6-39)
Lokomotiv-Biləcəri - 0 (15, 2-45)