Rabitə Yamama'dan üstün oldu və finala vəsiqə qazandı (YENİLƏNİB)
9 mart 2013 18:58

Bu gün voleybolçu qadınlar arasında təşkil olunan Çempionlar Liqasının “Dördlər Finalı”na start verildi. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” də ÇL-in finalına vəsiqə qazana bildi.
Təmsilçimizin bu yoldakı rəqibi İtaliyanın “Yamamay” klubu oldu. İstanbulda keçiriləcən görüşdə voleybolçularımız bu komandadan qisas ala bildi. Çünki üç il öncə bu klublar CEV Kubokunun Bakıda təşkil olunan “Dördlər Finalı”nda üz-üzə gəlmiş və italyanlar qələbəyə sevinən tərəf olmuşdular.
Çempionlar Liqası
Dördlər Finalı
9 mart
RABİTƏ - YAMAMAY - 3:2 (25:14, 25:16, 27:29, 19:25, 15:6)