Türkiyənin baş naziri Rabitənin oyununu izləyə bilər
9 mart 2013 13:40

Məlum olduğu kimi, bu gün və sabah Türkiyənin İstanbul şəhərində voleybolçu qadınlar arasında Çempionlar Liqasının “Dördlər Finalı”nın oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu gün yarımfinalda Azərbaycan çempionu “Rabitə” İtaliyanın “Yamamay” klubu ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşündə isə Türkiyənin iki təmsilçisi – “Galatasaray”la “Vakıfbank” qarşılaşacaq. Yarımfinalın qalibləri finalda, məğlubları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar. Mütəxəssislər Azərbaycan çempionunun finala çıxmaq şanslarını yüksək dəyərləndirirlər.
Bu arada Çempionlar Liqasının final matçını Türkiyənin baş naziri Recep Tayip Erdoğanın da izləyəcəyi barədə xəbərlər yayılıb.