Rabitə izləyicilərindən daha da uzaqlaşdı
19 mart 2013 00:26

Voleybol üzrə Azərbaycan Super Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Azərreyl” və “Telekom” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, “Azərreyl”in asan qələbəsi ilə başa çatıb.
Son çempion və lider “Rabitə” də bu tur “İqtisadçı” ilə qarşılaşıb. Görüş “rabitəçilər”in inamlı qələbəsiylə bitib.
Günün digər matçında isə “Lokomotiv” “Bakı-Azəryol” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də “iqtisadçılar” qələbəyə sevinən tərəf olub.
Voleybol üzrə Azərbaycan çempionatı
18-ci tur
18 mart
Telekom – Azərreyl - 0:3 (9:25, 19:25, 23:25)
Rabitə – İqtisadçı - 3:0 (25:14, 25:21, 25:23)
Lokomotiv – Bakı-Azəryol - 3:1 (21:25, 25:17, 25:22, 25:17)
Turnir cədvəli:
Rabitə - 40 xal (15 matç, set fərqi - 42-13)
İqtisadçı - 32 (15, 36-19)
Azərreyl - 30 (13, 32-11)
Lokomotiv - 25 (14, 31-21)
Bakı-Azəryol - 20 (16, 27-31)
Telekom - 6 (15, 6-39)
Lokomotiv-Biləcəri - 0 (14, 2-45)