Novruz bayramı Azərbaycan çempionatının oyunlarını təxirə saldı
19 mart 2013 00:30

Voleybol üzrə Azərbaycan çempionatında 19-cu turun görüşləri təxirə salınıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası həmin turun Novruz bayramına təsadüf etməsini səbəb göstərib.
Öncədən oyunlar martın 22-ə nəzərdə tutulmuşdu. Matçların yeni tarixi isə hələ açıqlanmır.
Qeyd edək ki, qarşıdakı turda “Lokomotiv Biləcəri” – “Telekom Bakı”, “Azərreyl” – “Rabitə”, “İqtisadçı” – “Lokomotiv” qarşılaşmaları oynanılacaq.