Rabitə qazandı, Azərreyl məğlub oldu
28 mart 2013 22:15

Voleybol üzrə Azərbaycan Super Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv-Biləcəri” ilə “Lokomotiv” çıxıb. “Dəmiryolçular”ın dueli gözlənildiyi kimi, “Lokomotiv”in asan qələbəsi ilə başa çatıb.
Növbəti görüş “Azərreyl” və “Bakı-Azəryol” arasında baş tutub. “Azərreyl” bu dəfə də “Bakı-Azəryol”a məğlub olmaqla təəccübləndirib.
Son çempion və lider “Rabitə” isə bu tur “Telekom”la qarşılaşıb. Görüş “rabitəçilər”in inamlı qələbəsiylə bitib.
Voleybol üzrə Azərbaycan çempionatı
21-ci tur
28 mart
Lokomotiv-Biləcəri – Lokomotiv - 0:3 (14:26, 21:25, 15:25)
Azərreyl – Bakı-Azəryol - 1:3 (18:25, 25:22, 19:25, 19:25)
Telekom – Rabitə - 0:3 (16:25, 14:25, 11:25)
Turnir cədvəli:
Rabitə - 46 xal (17 matç, set fərqi 48-13)
Rabitə - 46 xal (17 matç, set fərqi 48-13)
İqtisadçı - 35 (16, 39-19)
Azərreyl - 34 (16, 38-17)
Lokomotiv - 30 (16, 37-23)
Bakı-Azəryol - 23 (17, 30-32)
Telekom - 6 (17, 6-45)
Lokomotiv-Biləcəri - 0 (17, 2-51)