Azərbaycan millisi Xorvatiya, Hollandiya və Bosniya və Herseqovina yığmalarına qarşı
30 mart 2013 12:47

Kişi voleybolçulardan ibarət dünya çempionatında Azərbaycan millisinin də mübarizə aparacağı birinci seçmə qrup mərhələsinin oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək görüşlər mayın 24-də başlayacaq.
Millimiz ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Mayın 25-də voleybolçularımız Hollandiya, bir gün sonra isə Bosniya və Herseqovina komandaları ilə qarşılaşacaqlar.
Bu mərhələdə aşağı reytinqli komandalar mübarizə aparacaqlar. Reqlamentə görə, 7 qrupun qalibləri birbaşa üçüncü mərhələyə yüksələcəklər. İkinci yeri tutan kollektivlər oktyabrın 2-6-da keçiriləcək II mərhələdə daha 1 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Üçüncü mərhələdə bu 8 komandaya Avropa Voleybol Konfederasiyasının (CEV) reytinqinə görə ən yüksək yerə sahib 12 yığma da qoşulacaq. Üçüncü mərhələdə 20 milli komanda mübarizə aparacaq.