Azərreyl və İqtisadçıdan daha bir qələbə
2 aprel 2013 00:23

Voleybol üzrə Azərbaycan Super Liqasında əvvəlki turladan təxirə salınmış oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, hər iki oyunda iddialılar qələbəyə sevinən tərəf olublar.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə 13-cü turdan təxirə salınmış oyunda “Azərreyl” və “Lokomotiv” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, “Azərreyl”in qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə 20-ci tur çərçivəsində “Bakı-Azəryol” “İqtisadçı” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də “iqtisadçılar” qələbəyə sevinən tərəf olub.
Voleybol üzrə Azərbaycan çempionatı
13 və 20-ci turun oyunları
1 aprel
Azərreyl – Lokomotiv - 3:1 (25:20, 21:25, 25:19, 25:17)
Bakı-Azəryol – İqtisadçı - 0:3 (19:25, 15:25, 15:25)
Turnir cədvəli:
Rabitə - 46 xal (17 matç, set fərqi 48-13)
Rabitə - 46 xal (17 matç, set fərqi 48-13)
İqtisadçı - 38 (17, 42-19)
Azərreyl - 37 (17, 41-18)
Lokomotiv - 30 (17, 38-26)
Bakı-Azəryol - 23 (18, 31-35)
Telekom - 6 (17, 6-45)
Lokomotiv-Biləcəri - 0 (17, 2-51)