Rabitə yenə də Azərreylə qalib gəldi
4 aprel 2013 21:30

Voleybol üzrə Azərbaycan Super Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv-Biləcəri” ilə “Telekom” çıxıb. Bu günə qədər qələbə üzünə həsrət olan “Lokomotiv-Biləcəri” nəhahət ki, bir ilkə imza ataraq, qələbə sevinci yaşayıb.
Növbəti görüş “Azərreyl” və “Rabitə” arasında baş tutub. Turun mərkəzi oyununda yenə qələbə son çempion və lider “Rabitə”yə qismət olub.
“İqtisadçı” isə bu tur “Lokomotiv”lə qarşılaşıb. Görüş “iqtisadçılar”ın çətin qələbəsiylə bitib.
Voleybol üzrə Azərbaycan çempionatı
19-cu tur
4 aprel
Lokomotiv-Biləcəri – Telekom - 3:1 (25:22, 25:18, 17:25, 25:15)
Azərreyl – Rabitə - 0:3 (18:25, 23:25, 19:25)
İqtisadçı – Lokomotiv - 3:2 (23:25, 25:19, 27:25, 23:25, 15:17)
Turnir cədvəli:
Rabitə - 49 xal (18 matç, set fərqi - 51-13)
İqtisadçı - 39 (18, 44-23)
Azərreyl - 37 (18, 41-21)
Lokomotiv - 32 (18, 41-28)
Bakı-Azəryol - 23 (18, 31-35)
Telekom - 6 (18, 7-48)
Lokomotiv-Biləcəri - 3 (18, 5-52)