Olimpiadanın bürünc medalçısı Azərbaycan klubunda
4 aprel 2013 11:44

Bakının qadınlardan ibarət “İqtisadçı” komandası Kuba yığmasının sabiq ikinci zona voleybolçusu Daimi Ramires Eçevarria ilə anlaşıb. Azerisport.az xəbər verir ki, 30 yaşlı şimali amerikalı mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.
Onun son klubu Braziliyanın “Amil Kampinas” kollektivi olub.
Panamerika Oyunlarının və Kubokunun çempionu (2007) olan voleybolçu 2004-cü ildə Afina Olimpiadasının bürünc medalını qazanıb. O, həmçinin 2008-ci ildə dünya Qran-pri yarışlarının finalında oynamış və yarışın ən yaxşı hücumçusu seçilib.