Azərreyl Rabitə ilə xal fərqini azaltdı
9 aprel 2013 00:39

Voleybol üzrə Azərbaycan Super Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Telekom”la “Lokomotiv” çıxıb. “Lokomotiv” gözlənildiyi kimi, bu görüşdə də qələbə sevinci yaşayıb.
Növbəti görüş “Lokomotiv-Biləcəri” ilə “Bakı-Azəryol” arasında baş tutub. Bu qarşılaşmada qələbə “Bakı-Azəryol”a qismət olub.
“Azərreyl” isə bu tur “İqtisadçı” ilə qarşılaşıb. Görüş “Azərreyl”in çətin qələbəsiylə bitib.
Voleybol üzrə Azərbaycan çempionatı
22-ci tur
8 aprel
Telekom – Lokomotiv - 0:3 (11:25, 16:25, 18:25)
Lokomotiv-Biləcəri – Bakı-Azəryol - 0:3 (16:25, 17:25, 17:25)
Azərreyl – İqtisadçı - 3:1 (13:25, 25:23, 25:11, 25:21)
Turnir cədvəli:
Rabitə - 49 xal (18 matç, set fərqi - 51-13)
Azərreyl - 40 (19, 44-22)
İqtisadçı - 39 (19, 45-26)
Lokomotiv - 35 (19, 44-28)
Bakı-Azəryol - 26 (19, 34-35)
Telekom - 6 (19, 7-51)
Lokomotiv-Biləcəri - 3 (19, 5-55)