Rabitə Lokomotivə qalib gəlib, liderliyini möhkəmləndirdi
12 aprel 2013 00:04

Voleybol üzrə Azərbaycan Super Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv-Biləcəri” ilə “İqtisadçı” çıxıb. “İqtisadçılar” autsayderlə görüşdə gözlənildiyi kimi, asan qələbəyə seviniblər.
Növbəti görüş “Bakı-Azəryol” və “Telekom” arasında baş tutub. Bu qarşılaşmada qələbə “Bakı-Azəryol”a qismət olub.
Turun mərkəzi görüşündə isə “Lokomotiv” “Rabitə” ilə qarşılaşıb. Bu matçda da son çempion növbəti qələbəsinə imza ataraq, liderliyini daha da möhkəmləndirib.
Voleybol üzrə Azərbaycan çempionatı
23-cü tur
11 aprel
Lokomotiv-Biləcəri – İqtisadçı - 0:3 (19:25, 14:25, 10:25)
Bakı-Azəryol – Telekom - 3:0 (25:19, 25:22, 25:18)
Lokomotiv – Rabitə - 0:3 (23:25, 28:30, 21:25)
Turnir cədvəli:
Rabitə - 52 xal (19 matç, set fərqi - 54-13)
Rabitə - 52 xal (19 matç, set fərqi - 54-13)
İqtisadçı - 42 (20, 48-26)
Azərreyl - 40 (19, 44-22)
Lokomotiv - 35 (20, 44-31)
Bakı-Azəryol - 29 (20, 37-35)
Telekom - 6 (20, 7-54)
Lokomotiv-Biləcəri - 3 (20, 5-58)