Azərbaycan Super Liqasında növbəti baş məşqçi istefası
11 aprel 2013 12:57

Voleybol üzrə Azərbaycan Super Liqasında növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib. Azerisport.az xəbər verir ki, bu dəfə radikal addım atmaq məcburiyyətində qalan “İqtisadçı” olub.
Belə ki, iqtisadçılar son uğursuzluqların ardından tailandlı mütəxəssis Kiatiponq Radçataqriakra ilə yollarını ayırmağa qərar verib. Bunun səbəbi kimi, məhz komandanın uğursuz çıxışı əsas göstərilir.
Qeyd edək ki, “İqtisadçı” bu mövsüm Bülənt Karslıoğlu ilə də yollarını ayırmışdı. Hazırda bu komanda üçüncü yerdə gedir. Komandanın yeni baş məşqçisinin kim olacağı hələlik bilinmir.