Rabitə və Azərreyl növbəti qələbəsini qazandı
14 aprel 2013 21:37

Voleybol üzrə Azərbaycan Super Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Rabitə” ilə “Bakı-Azəryol” çıxıb. Gözlənildiyi kimi, lider və son çempion bu rəqibinə də heç bir şans verməyib.
Növbəti görüş “İqtisadçı” və “Telekom” arasında baş tutub. Bu qarşılaşmada qələbə “iqtisadçılar”a qismət olub.
Turun son görüşündə isə “Lokomotiv-Biləcəri” “Azərreyl” ilə qarşılaşıb. Bu matçda da “Azərreyl” növbəti qələbəsini rəsmiləşdirib.
Voleybol üzrə Azərbaycan çempionatı
24-cü tur
14 aprel
Rabitə - Bakı-Azəryol - 3:0 (25:21, 25:12, 25:21)
Telekom – İqtisadçı - 0:3 (12:25, 16:25, 10:25)
Lokomotiv-Biləcəri – Azərreyl - 0:3 (19:25, 21:25, 18:25)
Turnir cədvəli:
Rabitə - 55 xal (20 matç, set fərqi 57-13)
İqtisadçı - 45 (21, 51-26)
Azərreyl - 43 (20, 47-22)
Lokomotiv - 35 (20, 44-31)
Bakı-Azəryol - 29 (21, 37-38)
Telekom - 6 (21, 7-57)
Lokomotiv-Biləcəri - 3 (21, 5-61)