Rabitə - çempion!
17 aprel 2013 22:30

Voleybol üzrə Azərbaycan Super Liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Azərreyl” və “Telekom” çıxıb. Gözlənildiyi kimi “Azərreyl” rəqibinə heç bir şans verməyib.
Növbəti görüş “İqtisadçı” və “Rabitə” arasında baş tutub. Bu qarşılaşma son çempion və liderin çətin qələbəsiylə başa çatıb. Nəticədə “rabitəçilər” çempionatın sonuna bir neçə tur qalmış növbəti çempionluqlarını rəsmiləşdiriblər.
Turun son görüşündə isə “Bakı-Azəryol”la “Lokomotiv” qarşılaşıb. Bu matçda da “dəmiryolçular” növbəti qələbəsini rəsmiləşdirib.
Voleybol üzrə Azərbaycan çempionatı
25-ci tur
17 aprel
Azərreyl – Telekom - 3:0 (25:17, 25:20, 25:20)
İqtisadçı – Rabitə - 2:3 (25:22, 21:25, 21:25, 28:26, 10:15)
Bakı-Azəryol – Lokomotiv - 1:3 (25:18, 19:25, 19:25, 16:25)
Turnir cədvəli:
Rabitə - 57 xal (21 matç, sey fərrqi 60-15)
İqtisadçı - 46 (22, 53-29)
Azərreyl - 46 (21, 50-22)
Lokomotiv - 38 (21, 47-32)
Bakı-Azəryol - 29 (22, 38-41)
Telekom - 6 (22, 7-60)
Lokomotiv-Biləcəri - 3 (21, 5-61)