Rabitə və Azərreyl yenə darmadağınla qalib gəldi
20 aprel 2013 20:01

Voleybol üzrə Azərbaycan Super Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv”lə “Lokomotiv-Biləcəri” çıxıb. Gözlənildiyi kimi “Lokomotiv” rəqibinə heç bir şans verməyib.
Növbəti görüş “Bakı-Azəryol”la “Azərreyl” arasında baş tutub. Bu qarşılaşma da “Azərreyl”in qələbəsi ilə bitib.
Turun son görüşündə isə ötən tur çempionluğunu rəsmiləşdirmiş “Rabitə” “Telekom”la qarşılaşıb. Ölkə çempionu asan qələbəyə sevinib.
Voleybol üzrə Azərbaycan çempionatı
26-cı tur
20 aprel
Lokomotiv – Lokomotiv-Biləcəri - 3:0 (25:17, 25:18, 25:22)
Bakı-Azəryol – Azərreyl 0:3 (17:25, 18:25? 29:31)
Rabitə – Telekom - 3:0 (25:17, 25:10, 25:11)
Turnir cədvəli:
Rabitə - 60 xal (22 matç, set fərqi 63-15)
Azərreyl - 49 (22, 53-22)
İqtisadçı - 46 (22, 53-28)
Lokomotiv - 41 (22, 50-32)
Bakı-Azəryol - 29 (23, 37-44)
Telekom - 6 (23, 8-63)
Lokomotiv-Biləcəri - 3 (22, 5-64)