Azərreyl yenə ikinci oldu
23 aprel 2013 21:56

Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv-Biləcəri” ilə “Rabitə” çıxıb. Gözlənildiyi kimi “rabitəçilər” rəqibinə heç bir şans verməyib.
Növbəti görüş “Azərreyl”lə “Lokomotiv” arasında baş tutub. Bu qarşılaşma da “Azərreyl”in qələbəsi ilə bitib. Nəticədə, bu komanda gümüş medalları özü üçün təmin edib.
Turun son görüşündə isə “İqtisadçı” “Bakı-Azəryol”la qarşılaşıb. “İqtisadçılar” asan qələbəyə sevinib.
Voleybol üzrə Azərbaycan çempionatı
27-ci tur
23 aprel
Lokomotiv-Biləcəri – Rabitə - 0:3 (19:25, 15:25, 12:25)
Azərreyl - Lokomotiv - 3:1 (25:18, 28:30, 25:22, 25:15)
İqtisadçı – Bakı-Azəryol - 3:0 (25:17, 25:21, 25:20)
Turnir cədvəli:
Rabitə - 63 xal (23 matç, set fərqi 66-15)
Azərreyl - 52 (23, 56-23)
İqtisadçı - 49 (23, 56-28)
Lokomotiv - 41 (23, 51-35)
Bakı-Azəryol - 29 (24, 37-47)
Telekom - 6 (23, 8-63)
Lokomotiv-Biləcəri - 3 (23, 5-67)