Azərbaycan çempionatına yekun vuruldu
27 aprel 2013 00:23

Voleybol üzrə Azərbaycan Super Liqasında sonuncu - 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, son turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Lokomotiv-Biləcəri” ilə “Telekom” çıxıb. Autsayderlərin duelində gözlənildiyi kimi “Telekom” qələbə qazanıb.
Növbəti görüş “İqtisadçı” ilə “Lokomotiv” arasında baş tutub. Bu qarşılaşma da “iqtisadçılar”ın qələbəsi ilə bitib.
Turun son görüşündə isə artıq xeyli əvvəldən çempionluğunu təmin etmiş “Rabitə” əsas rəqibi “Azərreyyl” ilə qarşılaşıb. Köhnə-yeni çempion gözlənildiyi kimi, asan qələbəyə sevinib.
Voleybol üzrə Azərbaycan çempionatı
28-ci tur
26 aprel
Telekom – Lokomotiv-Biləcəri - 3:1 (25:22, 24:26, 25:20, 25:22)
Lokomotiv - İqtisadçı - 1:3 (25:19, 15:25, 23:25, 21:25)
Rabitə - Azərreyl - 3:0 (25:19, 28:26, 25:14)
Turnir cədvəli:
Rabitə - 66 xal (set fərqi 69-15)
Azərreyl - 52 (56-26)
İqtisadçı - 52 (59-29)
Lokomotiv - 41 (52-38)
Bakı-Azəryol - 29 (37-47)
Telekom - 9 (11-65)
Lokomotiv-Biləcəri - 3 (6-70)