Lokomotivin yeni baş məşqçisi bəlli oldu
6 may 2013 19:58

"Lokomotiv" yeni mövsümün hazırlıqlarına artıq başlayıb. Azerisport.az xəbər verir ki, “dəmiryolçular”ın ilk transferi baş məşqçi olub.
Belə ki, italiyalı mütəxəssis Covanni Kuçarinini istefaya göndərən klub rəhbərliyi ona əvəzləyici də tapıb. Artıq yeni ildən komandanı meydana argentinalı Klaudio Kuello çıxaracaq.
Super Liqa tarixinə ilk argentinalı kimi düşəcək baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.