Milli komandamızdan əzmkar qələbə
7 may 2013 11:57

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Bakının “Aztelekom” komandası ilə yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşmanı baş hakim Eldar Əliyev idarə edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsində “Aztelekom” komandası rəqibini 26:24 hesabı ilə məğlub edib. İkinci hissədə də üstün oyun nümayiş etdirən “Aztelekom” 27:25 hesabı ilə qalib gəlib.
Ardıcıl iki setdə 25:21 və 25:23 hesabı ilə qalib gələn Azərbaycan millisi hesabı bərabərləşdirib. Qalib tay-brekdə müəyyənləşib. Tay-brekdə inamlı oyun nümayiş etdirən yığmamız 17:15 hesabı ilə üstün olub.
Beləliklə, oyun milli komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.