Yığmamızın üzvü bürünc medal qazandı
12 may 2013 23:04

Qadın voleybolçular arasında Rusiya Super Liqasında bürünc medalların sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka” üçüncü yeri tutub.
3 qələbəyə qədər davam edən mərhələdə “Omiçka” “Uraloçka”nı sınağa çəkib. İlk iki oyunda 3:1 hesablı qələbə qazanan Natalyanın komandası üçüncü matçda uduzsa da (2:3), dördüncü qarşılaşmada qalib gələrək, üçüncü qələbəsini qazanıb – 3:1.