Çempionlar Liqasının püşkü nə vaxt atılacaq?
5 iyun 2013 14:08

Voleybol üzrə Çempionlar Liqası yarışlarının püşkatma mərasiminin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində püşk iyunun 28-də atılacaq.
Mərasim Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq.
Qadınların turnirində ölkəmizi ardıcıl ikinci il 3 komanda təmsil edəcək. Çempionlar Liqası yarışlarında Azərbaycanın idman şərəfini “Rabitə”, “Azəryol” və “İqtisadçı” komandaları qoruyacaq.