Azərbaycan klublarının rəqibləri müəyyənləşdi
21 iyun 2013 13:12

Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku və “Çellenc Cup” yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan klublarından “Lokomotiv” və “Azərreyl”in də rəqibləri müəyyənləşib.
“Lokomotiv” Çexiyanın “Brno”, “Azərreyl” isə Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq.
1/16 finaldan mübarizəyə başlayacaq klublarımızdan “Lokomotiv” ilk oyununu evdə, “Azərreyl” isə səfərdə keçirəcək.
Qeyd edək ki, ilk oyunlar oktyabrın 22-24-də, cavab matçları 1 həftə sonra olacaq.