Paytaxt klubunun yeni baş məşqçisi müəyyənləşdi
24 iyun 2013 20:47

Bakının qadınlardan ibarət “Rabitə” voleybol komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz Azərbaycan çempionu italiyalı mütəxəssis Angiolino Friqoni ilə danışıqları müsbət yekunlaşdırıb.
Bakı təmsilçisi 59 yaşlı təcrübəli mütəxəssislə ikiillik müqavilə imzalayıb. A.Friqoninin son iş yeri Rusiyanın kişilərdən ibarət “Ural” klubu olub. O, 2007-ci ildən Ufa komandasını çalışdırırdı.
Qeyd edək ki, A.Friqonidən əvvəl də “Rabitə”ni italiyalı Marçello Abbondanza çalışdırırdı. Lakin komanda onunla yeni mövsüm üçün müqaviləni uzatmadı.