Klublarımızın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu
29 iyun 2013 12:24

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olub.
Çempionlar Liqasında Azərbaycanın kişilərdən ibarət komandası çıxış etməyəcək. Qadınların yarışında isə 3 klubumuz birdən yarışacaq.
Püşk Azərbaycan Super Liqasının qalibi “Rabitə”ni A qrupunda Rusiyanın “Omiçka”, Fransanın “Beziers” və Almaniyanın “Dresdner” klublarına rəqib edib.
“İqtisadçı” B qrupunda yer alıb. Bu qrupa Rusiyanın “Dinamo” (Moskva), İtaliyanın “Pyaçentsa” və Serbiyanın “Srvena Zvezda” klubları düşüb.
“Azəryol” isə E qrupunda Türkiyənin “Qalatasaray”, İtaliyanın “Konegliano” və İtaliyanın “Yamamay” klublarına rəqib olub.
Çempionlar Liqası
|
||
A qrupu
|
B qrupu
|
C qrupu
|
Omiçka (Rusiya)
|
Dinamo (Moskva, Rusiya)
|
Vakıfbank (Türkiyə)
|
Beziers (Fransa)
|
Pyaçentsa (İtaliya)
|
Atom (Polşa)
|
Rabitə (Azərbaycan)
|
Srvena Zvezda (Serbiya)
|
Dinamo (Rumıniya)
|
Dresdner (Almaniya)
|
İqtisadçı (Azərbaycan)
|
Gent (Belçika)
|
D qrupu
|
E qrupu
|
F qrupu
|
Əczaçıbaşı (Türkiyə)
|
Qalatasaray (Türkiyə)
|
Dinamo (Kazan, Rusiya)
|
Kann (Fransa)
|
Konegliano (İtaliya)
|
Tauron (Polşa)
|
Şveriner (Almaniya)
|
Azəryol (Azərbaycan)
|
Stiinta (Rumıniya)
|
Agel (Çexiya)
|
Yamamay (İtaliya)
|
Volero (İsveçrə)
|