Millimiz Avropa çempionatına Latviya və Türkiyədə hazırlaşacaq
9 iyul 2013 00:01

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Latviyada təlim-məşq toplanışında iştirak edəcək. Azerisport.az xəbər verir ki, iyulun 11-dən 23-dək Riqada olacaq komanda buradan Türkiyəyə yollanacaq.
İstanbulda təlim-məşq toplanışının ikinci mərhələsini keçirəcək millimiz bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, hazırlıq prosesi cari ilin sentyabrında Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.