Paytaxt klubunda türk baş məşqçi
6 avqust 2013 18:46

Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisini 2013/14 mövsümündə türkiyəli Bülənt Karslıoğlu çalışdıracaq.
Türk mütəxəssis bu postda Fərid Cəlalovu əvəzləyib.
Karslıoğlu 2011/12 mövsümünün gedişində “İqtisadçı”nın baş məşqçisi təyin olunmuşdu. Lakin ötən mövsümün 13-cü turdan sonra istefaya göndərilmişdi. Halbuki həmin vaxt “İqtisadçı” 1-ci pilləni tuturdu.