Azərbaycan AÇ-2013 üçün heyətini açıqladı
23 avqust 2013 16:34

Voleybol üzrə Avropa Çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, komandamız AÇ-2013-ə bu heyətlə yollanmağı planlaşdırır:
Ceyran Əliyeva, Dərya Zamanova, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova, Valeriya Korotenko, Ülkər Kərimova, Aynur Kərimova, Oksana Kiseleva, Polina Rəhimova, Şəfaqət Həbibova.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2013-ün final mərhələsində C qrupunda mübarizə aparacaq. Yığmamızın rəqibləri isə Rusiya, Belarus və Xorvatiya olacaq. Qrup oyunları 4-6 sentrayb aralığında keçiriləcək.